Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi

19 yanvar 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər planına uyğun  olaraq  19 yanvar 2018-ci il tarixdə rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksində ümumrayon anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. 
Sonra mərasim iştirakçıları tərəfindən Lerik Rayon Mədəniyyət mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayon məktəblilərinin əl işi olan “20 Yanvar Qan Yaddaşımızdır” adlı rəsm əsərlərinin sərgisinə baxış keçirildi və şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin hazırladığı bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər