Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

İnfrastruktur

Rayonda vacib infrastruktur obyektləri

Lerik şəhərində mərkəzi xəstəxana, rayon elektrik şəbəkəsi 17 MVT-lıq elektrik stansiyası, su-kanalizasiya və qaz sahələri, 3 tam orta məktəb, 1 inteqrasiya təlimli internat tipli gimnaziya, texniki peşə məktəbi, uşaq incəsənət məktəbi, mədəniyyət mərkəzi, Tarix diyarşünaslıq muzeyi, “Uzunömürlülüər” muzeyi, Bayraq muzeyi, Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası, Stadion, Telekommunikasiya Qovşağı, Poçt, “Kapital” bankın rayon filialı fəaliyyət göstərir.

Gələcəkdə görüləcək infrastruktur layihələri

Piran kəndində yumurta, ət, quş istehsalı ilə məşğul olacaq broyler fabrikinin tikintisində son tamamlanma işləri həyata keçirilir.  Cənub bölgəsində ən iri fabriklərdən biri olacaq müəssisədə toyuq, yumurta, toyuq əti, toyuq ətindən hazırlanan digər xammallar istehsal ediləcəkdir.
Peştətük kəndində süfrə suları və şirə istehsal edən müəssisənin tikintisində hörgü və metal konstruksiya işləri tamamlanmış, əraziyə su xətti çəkilmişdir. Tikinti işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə ilkin olaraq 5 milyon, 15 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə işlərinin davam etdirilməsi məqsədi ilə 9,2 milyon, Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon, rayonun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2018-ci il tarixli sərəncamı ilə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 1 milyon vəsait ayrılmış və Mastail-Lerik alternativ su xəttində tikinti işləri davam etdirilir.
Molalan, Şingədulan, Geskov və Sors kəndlərinə su xəttinin çəklilişində işlər davam etdirilir.
39 km-lik Lerik-Masallı, 36 km-lik Lerik-Yardımlı yolunun tikintisi üçün Nazirlər Kabinetinə, Nəqliyyat Nazirliklərinə müraciətlər edilmişdir.  Lerik-Masallı yolunun tikintisi Bakı və respublikanın digər şəhərlərinə məsafənin 60-70 km qısalmasına şərait yaradacaqdır.
Lerik şəhərində idman sağlamlıq mərkəzinin, avtovağzalın tikintisi nəzərdə tutulmuşdur.
Lerik rayonunun Kəlvəz kəndi yaxınlığından İran İslam Respublikasına sadələşdirilmiş keçid məntəqəsinin açılması üçün əlaqədar yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.
Rayon ərazisində 10 modul məktəbin tikintisində və 1 kənddə qazlaşma işi davam etdirilir.
Bundan başqa ərazilərdə xəstəxanaların, digər səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin tikilməsi üçün əlaqədar orqanlara rayon icra hakimiyyəti tərəfindən müraciətlər edilmişdir.

Keçidlər