Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Prezidentin səfərləri və Sərəncamları

Azərbaycan Respublikası Prezidentinin Lerik rayonuna səfərləri:

Tarix Səfər zamanı cənab Prezidentin iştirak etdiyi tədbirlər
15.10.2018 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşdur. Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında və “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.  İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının, Bayraq Muzeyinin və Lerik şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
 25.06.2010 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür, İlham Əliyev Lerik rayon mərkəzi xəstəxanasında və Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. Dünyada analoqu olmayan “Uzunömürlülər” muzeyinin açılışını etmişdir. Həmişə hər bir azərbaycanlıya vətənpərvərlik nümunəsi olan cənab İlham Əliyev Lerikdə “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, abidənin önünə tər çiçəklər qoymuşdur.
 23.10.2006 Cənab İlham Əliyev ilk dəfə olaraq Lerik rayonuna təbii qazın verilməsi münasibətilə təntənəli mərasimdə iştirak etmiş, əsaslı təmir edilmiş Lerik orta internat məktəbində olmuşdur. Daha sonra cənab Prezident  “Relax” turizim-istirahət mərkəzi ilə tanış olmuşdur.
 08.09.2005 Dövlət başçısı kimi cənab İlham Əliyev ilk dəfə olaraq Lerik rayonuna səfər etmişdir. Səfər zamanı Lənkəran-Lerik avtomobil yolunun açılışı, Ümummilli lider Heydər Əliyevin dostu Xanış Şahıyevlə görüş, Lerikdə ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və rayon ictimaiyyəti ilə görüş keçirilmişdir. Tarix-diyarşünaslıq muzeyində eksponatlarla tanış olan  Prezident İlham Əliyev eyni zamanda kənd təsərrüfatı məhsulları sərgisinə baxmış, Valeh İbrahimov adına Lerik  orta internat məktəbində olmuş və məktəbin əsaslı təmir edilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Lerik rayonu haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Lerik rayonunun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat  ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon (doqquz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə  ayrılmışdır.

-28 avqust 2018-ci il tarixli Sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manta ayrılmışdır.

-18 avqust 2018-ci il tarixli Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,3 milyon (on bir milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

-06 aprel 2018-ci il tarixli Sərəncamla Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğdən 1,0 (bir) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.

-01 noyabr 2016-cı il tarixli Sərəncamla rayonun otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılmışdır.

-19 avqust 2014-cü il tarixli Sərəncamla rayonun otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 7,0 (yeddi) milyon manatı ayrılmışdır.

-14 sentybr 2013-cü il tarixli Sərəncamla rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda - Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.

-03 aprel 2012-ci il tarixli Sərəncamla rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.

-20 iyun 2008-ci il tarixli  Sərəncamla  “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilmişdir.

-02 aprel 2007-ci il tarixli  Sərəncamla  Rövşən Elmidar oğlu Bağırov Lerik rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir.

-14 sentyabr 2005-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında” Tədbirlər planı təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Lerik haqqında kəlamları:

- Mən ilk dəfədir ki, Lerik rayonundayam. Eşitmişəm ki, məndən əvvəl burada yüksək vəzifəli şəxslər olmamışdır. (8 sentyabr 2005-ci il)

- Lerikə yolun çəkilməsinə nail olduq. (8 sentyabr 2005-ci il)  

- Azərbaycanın ən ucqar rayonlarından biri olan Lerikin inkişafına da çox böyük diqqət göstərilir. (8 sentyabr 2005-ci il)

- Mən şübhə etmirəm ki, hələ bundan sonra da bizim çoxlu görüşlərimiz olacaq və mən buraya çox gələcəyəm. (8 sentyabr 2005-ci il)

- Bu gün Lerikə çəkilən qaz kəmərinin istifadəyə verilməsi bir daha bizim gücümüzü göstərir. (23 oktyabr 2006-cı il)

- Lerik rayonuna qazın çəkilməsi onu göstərir ki, Azərbaycan dövləti hər şeyə qadirdir. (23 oktyabr 2006-cı il)

- Lerik rayonuna qaz kəmərinin  çəkilişi sırf sosial məqsəd daşıyan bir layihədir. (23 oktyabr 2006-cı il)

- Lerik rayonunun  çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə etməliyik. (23 oktyabr 2006-cı il)

- Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Rayonun inkişafı sözün əsl mənasında həm yerli sakinlər, həm də ölkə üçün çox vacibdir. (25 iyun 2010-cu il)

- Biz Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görürük. (25 iyun 2010-cu il)

- Lerik rayonu üzrə konkret proqram vardır və dövlət tərəfindən buraya həmişə diqqət göstəriləcəkdir. Mən də həmişə  leriklilərə öz diqqətimi əsirgəməyəcəyəm. (25 iyun 2010-cu il)

- Lerikin çox gözəl təbiəti, təbii sərvətləri, gözəl havası vardır. Yəni, bu, böyük sərvətdir və əlbəttə ki, biz bu imkanlardan – turizm imkanlarından səmərəli istifadə etməliyik. (25 iyun 2010-cu il)

Keçidlər